Bakıda yolları su basması nəticəsində avtomobillərdə köməksiz qalan 5 nəfər xilas edilib

Bakıda yolları su basması nəticəsində avtomobillərdə köməksiz qalan 5 nəfər xilas edilib
# 04 dekabr 2015 04:14 (UTC +04:00)

Bakı-APA. Ötən gecə yağan intensiv yağışlar nəticəsində Bakının Nərimanov rayonunda yollarda suyun səviyyəsi xeyli qalxıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə, hərəkət məhdudlaşıb və vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobillərdən 5 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR