Azərbaycan, Gürcüstan və ABŞ alimləri Qafqazda geoloji təhlükələri öyrənir

Azərbaycan, Gürcüstan və ABŞ alimləri Qafqazda geoloji təhlükələri öyrənir
# 20 may 2016 12:09 (UTC +04:00)

Bakı-APA. Azərbaycan, ABŞ və Gürcustan alimləri Qafqaz ərazisində geoloji təhlükələri, həmçinin müxtəlif zonalarda müasir geodinamik aktivliyi tədqiq edir. AMEA-nın Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Qafqaz regionunun aktiv geodinamikası” adlı layihə çərçivəsində təşkil olunmuş işlər ABŞ-ın Milli Elmlər Akademiyasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirovdur. İki illik layihə bu ilin sonunda başa çatır. Hazırkı nəticələr Gürcüstan Milli Elmlər Akademiyasında müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR