Məhkəmə ANS-in MTRŞ-ya şikayəti qarşı daha 4 şikayəti üzrə qərarını elan edib

Məhkəmə ANS-in MTRŞ-ya şikayəti qarşı daha 4 şikayəti üzrə qərarını elan edib
# 28 yanvar 2016 13:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 4 şikayətinə baxılıb.

APA-nın məlumatına görə, hər 4 prosesdə birinci instansiya məhkəməsinin qərarı ləğv edilib və iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkəti MTRŞ-nın çıxardığı inzibati tənbehvermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddiaları təmin etməyib. Bundan sonra şirkət apellyasiya şikayətləri ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR