Liviya sahillərində 850 miqrant saxlanılıb

Liviya sahillərində 850 miqrant saxlanılıb
# 22 may 2016 23:36 (UTC +04:00)

Bakı-APA. Liviya sahillərində miqrantları daşıyan qayıqlar saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, sahil mühafizə xidmətinin əməkdaşları göyərtəsində 850-yə yaxın miqrantın olduğu hava ilə doldurulan qayıqları Sabrata şəhəri yaxınlığında saxlayıb.

Avropaya yollanmaq niyyətində olan miqrantlar bir neçə Afrika ölkələrinin vətəndaşları olub. Onlardan 69-u qadın, 11-i isə uşaqlardır.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, ilin əvvəlindən dəniz yolu ilə Avropaya gələn miqrantların sayı 180 min nəfəri keçib. Təşkilatın bildirdiyinə görə, 1 232 insan yolda ölüb və yaxud itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR