Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsinin icraçısı təyin edilib

Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsinin icraçısı təyin edilib
# 27 yanvar 2016 15:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2016-cı il üçün Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatları təsis olunub.

APA-nın xəbərinə görə, bu haqda AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Bildirilib ki, tədqiqatlar bu il fevralın 20-nə kimi AMEA-nın müvafiq elmi bölmələrinə təqdim olunacaq.

2016-cı ildə AMEA-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi tədbirlərin planı təsdiq edilib. Plana əsasən bu il Azərbaycanda
13 beynəlxalq, 17 respublika səviyyəli elmi tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Təhsil şöbəsi yaradılıb.

Tarix üzrə elmlər doktoru Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsinin icraçısı təyin edilib. Digər qərarlarla akademik İbrahim Quliyev AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov isə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR