Gəncə şəhər sakini döyülüb

Gəncə şəhər sakini döyülüb
# 24 dekabr 2015 21:39 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə dekabrın 24-də axşam saatlarında 20 saylı orta məktəbin yaxınlığında qeydə alınıb. Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Nəcəf Mehdiyev qayınatasigilə gedərkən yolunu kəsən avtomobilin sürücüsü və maşında olan sərnişinlə mübahisə edib. Naməlum şəxslər N. Mehdiyevi döyüblər. O, kəllə beyin travması ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR