İranlı nazir: “Prezident İlham Əliyevin İrana səfərindən sonra düşünürəm ki, prezident Ruhani də Azərbaycana səfər edəcək”

İranlı nazir: “Prezident İlham Əliyevin İrana səfərindən sonra düşünürəm ki, prezident Ruhani də Azərbaycana səfər edəcək”
# 22 dekabr 2015 10:04 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın İran bürosuna bu ölkənin rabitə və informasiya texnologiyaları naziri, iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Mahmud Vaezi məlumat verib.

M. Vaezi bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafı baxımından Azərbaycan prezidenti İlham Əliyevin yaxın vaxtlarda Tehrana səfəri mühüm əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevin Tehrana səfərindən sonra düşünürəm ki, prezident Ruhani də Azərbaycana səfər edəcək”.

Nazirin sözlərinə görə, prezidentlərin səfərlərinin baş tutması iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR