Azərbaycan prezidenti BƏƏ rəhbərini təbrik edib

Azərbaycan prezidenti BƏƏ rəhbərini təbrik edib
# 01 dekabr 2015 15:27 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Belə bir əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm”.

Dövlət başçısı həmçinin Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri Məhəmməd bin Rəşid Al Məktumu təbrik edib: “Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR