Türkiyədə səfərdə olan Co Bayden Fətullah Gülənin ekstradisiyasından danışıb

Türkiyədə səfərdə olan Co Bayden Fətullah Gülənin ekstradisiyasından danışıb
# 24 avqust 2016 12:52 (UTC +04:00)

Bakı-APA. Bu gün Türkiyədə səfərdə olan ABŞ vitse-prezidenti Co Bayden Türkiyə Böyük Millət Məclisində olub.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, hərbi çevriliş cəhdi zamanı parlamentin bombalanan hissələrini gəzən C. Bayden gördüklərinin ona ABŞ-dakı 11 sentyabr olayını xatırlatdığını söyləyib.

C. Bayden Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmanla görüşdə isə hazırda ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə toxunub: “Kaş Fətullah Gülən başqa ölkədə olaydı. ABŞ-a Fətullah Gülən haqqında sübut çatdırılmayıb. Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək”.

C. Bayden daha sonra Türkiyə baş naziri Binəli Yıldırımla görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR