Yeni abunəçilər "Nar-CityNet"in xidmətlərindən dörd ay pulsuz istifadə edəcək

Yeni abunəçilər "Nar-CityNet"in xidmətlərindən dörd ay pulsuz istifadə edəcək
# 03 may 2016 12:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 1 may tarixindən etibarən “Nar-CityNet”ə abunə olan istifadəçilər sentyabr ayı üçün öncədən 1 aylıq ödəniş etməklə fiber-optik internet və IPTV xidmətlərindən 5 ay müddətində istifadə edə biləcəklər.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, bu kampaniyadan yararlanmaqla yeni abunəçilər “Nar-CityNet” xidmətlərindən 4 ay ərzində tamamilə pulsuz istifadə edə biləcəklər.

Hazırda “Nar-CityNet” Bakı şəhəri və Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində FTTB və ADSL texnologiyaları əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini təklif edir. Xidmətlərdən yararlanma və qoşulma (012) 5377777 əlaqə nömrəsi və *1177 qısa nömrəsi, eləcə də www.narcitynet.az saytı üzərindən mümkündür.

Xatırladaq ki, çoxfunksiyalı rabitə strategiyası çərçivəsində “Nar” mobil operatoru ölkənin ən iri sabit internet provayderlərindən biri olan “CityNet”i satın alıb. “Nar-CityNet” layihəsi “Nar”ın çoxfunksiyalı rabitə strategiyası, ev və biznes üçün yüksəksürətli və keyfiyyətli sabit internet xidmətlərinin rəqabətədavamlı qiymətlərlə təqdim edilməsini nəzərdə tutan uzunmüddətli proqramdır.

Daha ətraflı məlumatı www.nar.az internet səhifəsindən öyrənmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR