“Kapital Bank”da ilk faizsiz kredit verilib

“Kapital Bank”da ilk faizsiz kredit verilib
# 11 dekabr 2015 13:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Kapital Bank”ın keçirdiyi “Yeni il” ani stimullaşdırıcı lotereya kampaniyasında faizsiz kredit əldə edən ilk müştərinin adı məlum olub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2 saylı Nizami filialından kredit əldə edən Bakı şəhər sakini Tağıyev İlham Murtuz oğlu lotereyanın ilk günü sevinc dolu anlar yaşayıb. “Gündəlik tələbat” növü üzrə şəxsi ehtiyacları üçün kredit əldə edən müştərinin lotereya kuponundan tam faizsiz kredit çıxıb.

“Ömrümdə birinci dəfədir kredit alıram. Açığı desəm, gözləmirdim ki, uduş kimi faizsiz kredit qazanım. Sevinirəm ki, götürdüyüm kreditə görə faiz ödəməyəcəyəm. Bu kampaniyaya görə “Kapital Bank”a təşəkkür edirəm”, - deyə İlham Tağıyev uduş barədə sevincini bölüşüb.

Qeyd edək ki, “Yeni il” ani stimullaşdırıcı lotereya kampaniyası 10 dekabr tarixindən 15 yanvar 2016-cı il tarixinədək davam edəcək. Həmin müddət ərzində “Kapital Bank”ın ölkə üzrə istənilən filialından “Gündəlik tələbat” növü üzrə kredit əldə edən şəxs ani stimullaşdırıcı lotereyanın iştirakçısına çevriləcək. Şəffaf qutudan lotereya kuponları çıxaran hər kəs 0% komissiya, faiz dərəcələrinə 1%-dən 5%-ə qədər endirim və tam faizsiz kreditlər almaq imkanı qazanacaq. Kampaniyada iştirak edən bütün lotereya kuponları uduşludur. Lotereya kuponu bankın əməkdaşına təqdim edildikdə, uduş müştərinin əldə etdiyi kreditə dərhal tətbiq ediləcək. Ani stimullaşdırıcı lotereya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçirilir.

“Gündəlik tələbat” kreditinin məbləği 500 manatdan 15 000 manatdan təşkil edir. Kreditlər 6-36 ay müddətinə verilir. “Gündəlik tələbat” növü üzrə kreditlər “Kapital Bank”dan maaş və ya pensiya kartı olan şəxslərə verilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital” bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. “Kapital” bankın müştəriləri kredit ödənişlərini e-pul.az, kassam.az, hesab.az portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə “Kapital Bank”ın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, “196 - Sorğu Mərkəzi”nə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR