Təhsil naziri Beyləqanda vətəndaşları qəbul edib

Təhsil naziri Beyləqanda vətəndaşları qəbul edib
# 30 noyabr 2015 13:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli, Ağdam və Tərtər rayon sakinlərini qəbul edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, tədris müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda vətəndaşların müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR