Azərbaycan fond bazarında brokerlərin iyul ayı üçün renkinqi

Azərbaycan fond bazarında brokerlərin iyul ayı üçün renkinqi
# 10 avqust 2016 16:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin iyul ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edib.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 52 mln. 795 min 373,61 manat olan broker xidmətləri göstərib.

İkinci yeri ümumi həcmi 40 mln. 945,980 min manat olan broker xidmətləri göstərmiş “Paşa Kapital İnvestisiya Şirkəti” QSC tutub. Renkinqdə üçüncü yerdə 19 mln. 063 min 993,01 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 5 mln. 838 min 581,85 manatla "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

Brokerlərin iyul ayı üçün renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

2

"Unicapital İnvestisiya Şirkəti" ASC

52 795 373

2

1

“Paşa Kapital İnvestisiya Şirkəti” QSC

40 945 980

3

3

"AzFinance İnvestisiya Şirkəti" QSC

19 063 993

4

4

"Kapital Menecment İnvestisiya Şirkəti" ASC

5 838 582

Qeyd: DQK – dövlət qiymətli kağızlar; KQK – korporativ qiymətli kağızlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR