® Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Yeni il” karnavalı

<font color=red>® </font>Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Yeni il” karnavalı
# 29 dekabr 2015 07:07 (UTC +04:00)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə tədbirlər keçirildi.
22.12.2015–ci il tarixində bağçada “Yeni il” karnavalı keçirildi.

Karnaval nağıl qəhrəmanlarının çıxışları ilə başladı. Uşaqlar yolka ətrafında mahnılar oxudular. Şaxta baba və Qar qızın gəlişi onları daha da sevindirdi. Uşaqlar Şaxta baba və Qar qızla rəqs etdilər və müxtəlif oyunlar oynadılar. Şaxta baba gətirdiyi hədiyyələri uşaqlara təqdim edərək onları təbrik etdi.

25.12.2015-ci il tarixində məktəbdə ənənəvi olaraq məzunlarla görüş,Yeni il və Dünya Azərbaycanləlarının Həmrəyliyi gününə həsr olunmuş təntənəli tədbir keçirildi.Tədbirdə Kompleksin direktoru Sevinc xanım Rzayeva, məktəbin direktoru Nasim Abışov, uşaq bağçasının müdiri Təranə Hüseynova və bir sıra kafedra müdirləri çıxış edərək kollektivi, məzunları və X-XI sinif şagirdlərini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdilər, xoş arzularını bildirdilər.

28.12.2015-ci il tarixində məktəbin Akt zalında məktəbin ibtidai sinif şagirdləri üçün “Yeni il” tədbiri keçirildi. Tədbirdə şagirdlərin ifasında bayrama həsr olunmuş mahnılar, azərbaycan, rus, və ingilis dillərində şeirlər , rəngarəng rəqslər maraqla qarşılandı. Daha sonra Foyedə Şaxta Babanın, fokusçunun iştirakı ilə şənlik davam etdirildi. Şaxta Baba şagirdlərə hədiyyələr təqdim etdi.

Yuxarı sinif şagirdləri üçün də maraqlı və yaddaqalan şənlik təşkil olundu.

Onlar şux musiqi sədaları altında rəqs edərək əyləndilər, əsl bayram abu-havası yaşadılar.

2001-ci ildə Kompleksin açılışında iştirak edərkən xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi “belə bir məktəb mənim bu gün verdiyim tövsiyələri yerinə yetirəcəkdir və beləliklə də, daha da yüksək bilik almış, gələcək üçün hərtərəfli hazırlıqlı gənclər buraxacaqdır ” sözlərini əldə rəhbər tutaraq, bu istiqamətdə uğurla fəaliyyət göstərən Kompleksdə uşaq bağçası, orta ümumtəhsil məktəbi və 39 saylı musiqi məktəbi.vardır. Kompleksin məqsədi – milli ruhda nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır.

Məktəbəqədər və məktəb təhsili proqramlarında məntiqi bağlılıq və varislik gözlənilir.Kompleksin orta məktəbinin üstünlüklərindən biri də burada yüksək ixtisaslı mütəxəssislərdən: professorlardan, dosentlərdən, təhsil sahəsində müxtəlif beynəlxalq proqramların iştirakçısı olan ən yaxşı müəllimlərdən ibarət pedaqoji kollektivin olmasıdır.Burada təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşir. MTK-da uşaqların təhsilindən başqa, onların əlavə maarifləndirici xidmətlərdən istifadəsi üçün də geniş imkanlar vardır.Uşaqlar musiqi məktəbindəki məşğələlərə də gedir, müxtəlif dərnəklərdə: rəqs, idman, musiqi və s. iştirak edirlər.Təhsil alanların hər biri üçün sərbəst və rahat şərait yaradılmışdır. Yerli və beynəlxalq olimpiadalarda qazanılmış medalların sayına görə də məktəb ön sıralarda dayanır.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində şagirdlərin hərtərəfli inkişafı üçün görülən işlər, tədbirlərin təşkil ounması gələcəkdə də davam etdiriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR