DMX: Azərbaycan yeganə ölkədir ki, iş icazəsi ilə burada yaşayan əcnəbi rüsum ödəmir

DMX: Azərbaycan yeganə ölkədir ki, iş icazəsi ilə burada yaşayan əcnəbi rüsum ödəmir
# 01 fevral 2016 08:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Azərbaycan yeganə ölkədir ki, iş icazəsi ilə burada yaşayan əcnəbi rüsum ödəmir".

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deyib. Onun sözlərinə görə, rüsumu əcnəbiləri Azərbaycana dəvət edən şirkətlər ödəyir: "Çünki şirkət onun sayəsində mənfəət əldə edir. Əcnəbi Azərbaycanda işləyir və yaşayırsa, müddət bitdikdən sonra qanunvericiliyə uyğun olaraq ya ölkəni tərk etməli, ya da iş icazəsi və yaşayışı uzatmalıdır. Əvvəllər qanunda boşluq var idi və bu müddət bitən kimi dərhal edilməli idi. Lakin qanunvericilikdə bu problem həll olundu və 10 gün qalmağa icazə var. Bəzən işçini dəvət edən şirkətlər səhlənkarlıq edir və iş icazəsinin müddətini vaxtında uzatmırlar. Həmin şirkətlər cəzalandırılırlar. Dövlət Miqrasiya Xidməti hazırda İctimai Şura yaradıb. Bu yaxınlarda onun iclas keçirilib və şura üzvləri sıx əməkdaşlıq çərçivəsində qanunvericilikdə olan boşluqlar barədə əcnəbilər tərəfindən verilmiş ərizələrə əsasən təkliflər paketi hazırlayıblar. Onlardan bir hissəsinə miqrasiya məcəlləsinə dəyişiklik edilməsi üçün baxılıb və müvafiq qurumlara göndərilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR