Bakıda 3 otaqlı mənzildə yanğın olub

Bakıda 3 otaqlı mənzildə yanğın olub
# 06 oktyabr 2016 05:37 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 45 m2 olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və masa yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR