SOCAR Novorossiysk limanından xam neftin ixracını kəskin artırıb

SOCAR Novorossiysk limanından xam neftin ixracını kəskin artırıb
# 02 may 2016 15:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin aprel ayında Novorossiysk limanından 159 599 ton xam neft ixrac edib. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 88,42% çoxdur.


Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində Novorossiysk limanından 239 536 ton xam neft ixrac edilib. Bu, 2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2,12 dəfə azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR