“NBC Bank” III rübü mənfəətsiz başa vurub

“NBC Bank” III rübü mənfəətsiz başa vurub
# 21 oktyabr 2015 07:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. “NBC Bank”ın aktivlərinin həcmi 2015-ci ilin III rübündə 151,191 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 11,8% artaraq 128,611 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 26,3% artaraq 7,974 mln. manat olub. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi 6,20%-ə bərabərdir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 20,23% artaraq 70,630 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 2,62% artaraq 51,124 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 46 mln. 536 min manat təşkil edib.

Cari ilin 9 ayını “NBC Bank” mənfəət əldə etmədən başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR