Əfqanıstanda İŞİD-in “Xorasan” üzrə lideri məhv edilib

 Əfqanıstanda İŞİD-in “Xorasan” üzrə lideri məhv edilib
# 12 avqust 2016 20:37 (UTC +04:00)

Bakı-APA. Əfqanıstan və ABŞ hərbçilərinin keçirdiyi birgə əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının regional liderlərindən biri olan Hafiz Səid Xan məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Əfqanıstanın Pakistandakı səfiri Ömər Zəhilval bəyan edib.

Hafiz Səid Xan İŞİD-in Əfqanıstan, Pakistan, İranın şərqi və Mərkəzi Asiyanın bir hissəsini özündə birləşdirən “Xorasan əyalətinin” başçısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR