İran ABŞ-dan aldığı 1,7 mlrd. dolları hərbi xərclərə yönəldib

İran ABŞ-dan aldığı 1,7 mlrd. dolları hərbi xərclərə yönəldib
# 10 iyun 2016 05:45 (UTC +04:00)

Bakı-APA. İran hakimiyyəti ABŞ-dan aldığı 1,7 mlrd. dollar vəsaiti hərbi gücünün möhkəmləndirilməsinə yönəldib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “The Washington Free Beacon” nəşrində dərc olunmuş materialda bildirilir.

“İslam Respublikası ABŞ-dan aldığı 1,7 mlrd. dollar vəsaiti hərbi gücünün genişləndirilməsi və möhkəmləndirilməsinə yönəldib. Həmin məbləğ amerikalı vergi ödəyicilərinin ödədiyini vəsait hesabına ödənilib. Bu ilin əvvəlində ABŞ Administrasiyası uzun illər davam edən hüquqi mübahisələri nizamlamaq məqsədi ilə İrana 1,7 mlrd. dollar verib.

Nəşr iddia edir ki, İran həmin məbləği Fars körfəzindəki hərbi iştirakının genişləndirilməsinə, Rusiya istehsalı olan “Su -30 CM” çoxməqsədli qırıcı təyyarələri və S-400 “Triumf” zenit-raket sistemlərinin alınmasına yönəldib.

Konqresdə hesab edirlər ki, ABŞ bu məbləği İrana həbsdə olan amerikalıların azad olunmasına görə verilib. Konqres bu məsələ ilə bağlı araşdırma aparır.

Dövlət Departamenti isə səsləndirilən iddialarla bağlı heç bir şərh verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR