AMB "TuranBank"a 45 mln. manatlıq kredit verib, kommersiya bankının hesabı bloklaşdırılıb

AMB "TuranBank"a 45 mln. manatlıq kredit verib, kommersiya bankının hesabı bloklaşdırılıb
# 01 iyun 2016 10:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ildə Mərkəzi Bank "TuranBank" ASC-yə 45 mln. manat həcmində təkrarmaliyyələşdirmə krediti ayırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə bankın audit hesabatında deyilir.

Bildirilir ki, sözügedən kredit banka illik 3,6%-lə verilib. Bunun əvəzində "TuranBank"ın Mərkəzi Bankda olan nostro hesabındakı 47,6 mln. dollar (74,227 mln. manat) həcmində vəsaiti bloklaşdırılıb.

Qeyd edək ki, bank 2016-2018-ci illər ərzində bu krediti Mərkəzi Banka qaytarmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR