Astara sakini Oğuz rayonunda heroin satarkən tutulub

Astara sakini Oğuz rayonunda heroin satarkən tutulub
# 03 mart 2016 06:49 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov-APA. Astara rayon sakini Oğuzda narkotik vasitə satarkən tutulub.

Oğuz rayon Polis Şöbəsindən APA-nın APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçiriblər. Tədbir zamanı Astara rayon sakini, 1978-ci il təvəllüdlü Fuad Hacıəli oğlu Əliyev çəkisi 1,92 qram heroini 600 manata şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən tutulub.


Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR