Məleykə Abbaszadə: "İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, tabe olacağıq"

Məleykə Abbaszadə: "İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, tabe olacağıq"
# 02 fevral 2016 09:04 (UTC +04:00)
Bakı. Fərid Mirzəyev - APA. “Ölkədə struktur islahatları aparılır. Bu prosesdə nə qərar olacaqsa, biz də tabe olacağıq”.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə TQDK və Təhsil Nazirliyinin birləşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, bununla bağlı yuxarı orqanlardan onlara hələlik hər hansı məlumat daxil olmayıb: “İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, biz də tabe olacağıq. Mən üzümü abituriyentlərə, valideynlərə tuturam: Hər hansı qərar qəbul olunacağı təqdirdə belə sizin bilikləriniz düzgün və obyektiv aparılacaq. Heç bir dəyişiklik sizə təsir göstərməyəcək. Prezident İlham Əliyevin siyasəti insanları qorumaqdır. Heç kimin 11 il əziyyət çəkən uşaqlara zərbə vurmaq fikri yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR