Ötən il Bakıda soyğunçuluq, quldurluq və oğurluq törətmiş 234 nəfərdən ibarət 102 qrup zərərsizləşdirilib

Ötən il Bakıda soyğunçuluq, quldurluq və oğurluq törətmiş 234 nəfərdən ibarət 102 qrup zərərsizləşdirilib
# 22 yanvar 2016 14:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov idarədə keçirilən geniş əməliyyat müşavirəsində bildirib.

O qeyd edib ki, ötən il paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 11 753 cinayət qeydə alınıb ki, onların da 81,5 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 18,5 faizi isə ağır və xüsusilə ağır növlər olub. 2014-cü illə müqayisədə ötən il qəsdən adam öldürmələr 16,5 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 19 faiz azalıb.

Cinayətlərin 75,2 faizinin, ağır növlərinin 76,7 faizinin, qeyri-aşkar şəraitdə baş verənlərin 62,7 faizinin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1.817 cinayətdən 94 faizi, o cümlədən qəsdən adam öldürmələrin 98,7 faizi, adam öldürməyə cəhdlərin 96,7 faizi açılıb.

Müqayisə edilən dövrə nisbətdə ümumi cinayətlərin açılması 3,5 faiz, onların ağır və xüsusilə ağır növlərinin açılması 1,8 faiz, şəxsiyyət əleyhinə olanların açılması 2,1 faiz, o cümlədən qəsdən adam öldürmələrin açılması 7,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 6,6 faiz, avtonəqliyyatın qaçırılması faktlarının açalması 7 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 2,5 faiz yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 2.661 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 274 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olanların 72,4 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60 faizi tutulub.

Aşkar edilmiş 1254 fakt üzrə qanunsuz dövriyyədən 255 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

Hesabat dövründə 54 odlu silah, 11 qumbara, 3.139 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə qanunsuz saxlanılan və gəzdirilən 31 odlu silah götürülüb.

Bildirilib ki, 2015-ci ildə paytaxtın polis orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 83,7faizi ödətdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR