Bakıda məşhur qızıl dükanının sahibəsinin qətli ilə bağlı iki maddə ilə cinayət işi başlanıb - YENİLƏNİB-1

Bakıda məşhur qızıl dükanının sahibəsinin qətli ilə bağlı iki maddə ilə cinayət işi başlanıb - <span style="color: red;">YENİLƏNİB-1
# 05 yanvar 2016 12:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda sahibkar qadının evində xüsusi amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Saat: 14.26

Bakı - APA. Bakıda evində ölü tapılan qadına 43 bıçaq zərbəsi vurulub.

APA TV-nin hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.

İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

***

saat 13.18

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir qətl törədilib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yerləşən mənzildə bıçaqla qətlə yetirilmiş qadın meyiti tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR