BTRİB və “AzTelekom”a məxsus kabelləri oğurlayan şəxslər saxlanılıb

BTRİB və “AzTelekom”a məxsus kabelləri oğurlayan şəxslər saxlanılıb
# 07 mart 2016 10:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhər Telefon Rabitə İstehsalat Birliyi və “AzTelekom” MMC-yə məxsus kabelləri oğurlayan şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də Bakı şəhər Telefon Rabitə İstehsalat Birliyi və “AzTelekom” MMC-yə məxsus quyulardan 600 metr kabel oğurlamış Ələt qəsəbə sakinləri Sübhan Dadaşzadə, Xəlil Cabbarov və Əvəz Talıbov tutulublar.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR