Füzuli sakini Bakıda yolun ortasında özünü bıçaqlamaq istəyib - FOTO

Füzuli sakini Bakıda yolun ortasında özünü bıçaqlamaq istəyib - <span style="color: red;">FOTO
# 12 iyul 2016 15:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində intihara cəhd edilib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Sabunçu-Zabrat yolunda baş verib. 35-40 yaşlarında naməlum kişi əlində bıçaqla yola çıxaraq intihara cəhd edib. Hadisə yerinə polis əməkdaşları gəlib.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən APA-ya bildirilib ki, polis əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındıra biliblər. Həmin şəxs polis bölməsinə dəvət olunub. Araşdırmalar zamanı onun Füzuli rayon sakini, 1976-cı il təvəllüdlü Nadir Polad oğlu Məmmədov olduğu müəyyən edilib.

Hazırda onun ifadəsi alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR