Rusiyalı general: “ABŞ-ın raket əleyhinə müdafiə sistemi Rusiyanın raket qoşunlarının qarşısını ala bilməz”

Rusiyalı general: “ABŞ-ın raket əleyhinə müdafiə sistemi Rusiyanın raket qoşunlarının qarşısını ala bilməz”
# 16 dekabr 2015 13:57 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının (STRQ) komandanı general-polkovnik Sergey Karakayev çıxış edib.

O qeyd edib ki, ABŞ özünün RƏM sisteminə lazer və kinetik silahları, habelə raket əleyhinə müxtəlif tipli kompleksləri daxil etməyi planlaşdırır. Onun sözlərinə görə, söhbət ilk növbədə STRQ-nin raket və raketlərin döyüş bloklarının zərərsizləşdirilməsindən gedir.

S. Karakayev bildirib ki, Rusiya informasiya və zərbə imkanlarının inkişaf miqyasını nəzərə almaqla, strateji nüvə qüvvələrinin inkişaf planlarına korrektələr edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR