Azərbaycanda palçıq vulkanlarının çöküntülərindən “şist qazı” alınması təklif edilib

Azərbaycanda palçıq vulkanlarının çöküntülərindən “şist qazı” alınması təklif edilib
# 26 dekabr 2015 08:40 (UTC +04:00)

Bakı. Ramiz Mikyapıloğlu - APA. Azərbaycanda palçıq vulkanlarının yer səthin çıxardığı çöküntülərdən “şist qazı” alınması təklif edilib.

APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun 2015-ci illə bağlı hesabatında qeyd edilib ki, institutun “Palçıq vulkanizmi” şöbəsinin gənc mütəxəssislərinin ARDNŞ-nin Elm Fondu tərəfindən dəstəklənən “Qobustanın dərində yatan çöküntülərinin karbohidrogen potensialı (palçıq vulkanlarının yanar şist və neftli süxur tullantıları əsasında)” qrant layihəsi başa çatdırılıb.

Aparılmış geokimyəvi təhlil nəticəsində bir sıra vulkanların yanar şistlərinin tərkibindəki kerogenin hələ tam yetişməməsi və özünün təkamül dövrünü yaşaması ehtimal olunub. Qobustanda palçıq vulkanlarının 6-8 km və daha böyük dərinlikdən yer səthinə çıxartdığı eosen-miosen yaşlı yanar şistli süxurların öyrənilmiş geoloji-geokimyəvi (sahə və stratiqrafik dərinlik üzrə paylanma qanunauyğunluqları, üzvi maddələrlə zənginliyi və s.) səciyyələri nəzərə alınmaqla, onların gələcəkdə Azərbaycan üçün qeyri-ənənəvi sayılan “şist qazı” istiqamətində istismaretmə perspektivliyinin qiymətləndirilməsi təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR