Azərbaycanda alıcıları aldadan satıcılarla bağlı yeni cəzalar tətbiq olunur

Azərbaycanda alıcıları aldadan satıcılarla bağlı yeni cəzalar tətbiq olunur
# 06 yanvar 2016 08:51 (UTC +04:00)

APA-nın məlumatına görə, bu, Milli Məclis tərəfindən yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 446-cı (İstehlakçı hüquqlarının pozulması) maddəsində təsbit olunub.

Yeni maddəyə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə, keyfiyyətinə dair istehlakçıların az miqdarda (az miqdar dedikdə, 40 manata qədər nəzərdə tutulur) aldadılması da məsuliyyət yaradacaq. Bütün bunlara görə fiziki şəxslər 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər 1500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manata qədər cərimə olunacaqlar.

Hazırda qüvvədə olan məcəlləyə görə isə cəzalar yalnız vəzifəli və hüquqi şəxslər üçün nəzərdə tutulur ki, bu da müvafiq olaraq 1000 manatdan 1500 manata qədər, 4 000 manatdan 5 000 manata qədərdir.

Azərbaycan prezidenti tərəfindən təqdim olunmuş yeni İnzibati Xətalar Məcəlləsi dekabrın 29-da Milli Məclis tərəfindən qəbul olunub və 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR