İran ABŞ-ın yeni sanksiyalarının nüvə proqramı sazişinə zidd olub-olmadığını yoxlayacaq

İran ABŞ-ın yeni sanksiyalarının nüvə proqramı sazişinə zidd olub-olmadığını yoxlayacaq
# 19 yanvar 2016 17:23 (UTC +04:00)

Bakı-APA. Rəsmi Tehran ABŞ-ın İranın raket proqramına görə tətbiq etdiyi yeni sanksiyaların nüvə proqramına dair “altılıq” ilə əldə olunan sazişə zidd olub-olmadığını yoxlayacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN-in Avropa və Amerika üzrə Departamentinin rəhbəri Məcid Taxt Rəvançi bildirib.

“Müşahidə komissiyası ABŞ Maliyyə Nazirliyinin İranın raket proqramına görə tətbiq etdiyi yeni sanksiyalarla bağlı yoxlama aparacaq. Onların Birgə Hərtərəfli Tədbirlər Planına zidd olacağı təqdirdə, biz bu məsələni həll edəcəyik”, deyə Rəvançi bildirib.

Qeyd edək ki, ABŞ və Avropa İrana tətbiq edilən sanksiyaların götürüldüyünü bəyan ediblər.

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR