"Sahil" metrosunun çıxışında qətl törədilib

"Sahil" metrosunun çıxışında qətl törədilib
# 04 yanvar 2016 08:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərinin mərkəzində qətl törədilib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında "Sahil" metrosunun çıxışında qeydə alınıb. 25-30 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Səbail rayon Prokurorluğunun müstəntiqləti və polis əməkdaşları çıxıb.

Hazırda qətlə yetirilən şəxsin və hadisəni törədənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR