Cənubi Koreyanın sabiq baş naziri həbs olunub

Cənubi Koreyanın sabiq baş naziri həbs olunub
# 29 yanvar 2016 10:13 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Cənubi Koreyanın sabiq baş naziri Li Van Qu 8 ay müddətinə həbs edilib.

APA-nın “The Rappler”ə istinadən verdiyi xəbərə görə, Li Van Qu 2013-cü ildə deputat olduğu zaman biznesmen Sun Van Çendən onun maraqlarının parlamentdə müdafiəsi üçün 30 milyon von (27,4 min dollar) məbləğində rüşvət alıb.

Məsələnin üstü Sun Van Çenin 2015-ci ilin aprelində verdiyi müsahibə zamanı açılıb. Bundan sonra Li Van Qu istefaya gedib, Sun Van Çen isə intihar edib.

Sun Van Çen intihar etməzdən öncə yazdığı məktubda cinayətdə əli olan digər yüksək çinli məmurların adlarını çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR