“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı təqdim olunub

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı təqdim olunub
# 10 mart 2016 10:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk nəşridir. Tədbirdə çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi nəinki ölkənin bugünü, gələcəyi üçün, bütün dünya ölkələri üçün böyük əhəmiyyət kəsb edən ideyadır: “Multikulturalizmin alternativi yoxdur və biz ölkədə mövcud olan bu dəyərləri tətbiq etməyə hazırıq. Yeni çap olunan kitabda da orta əsrlərdən başlayaraq, Azərbaycan poeziyasında, əsərlərində öz əksini tapan multukulturalizm örnəkləri mühüm yer tutub. Kitabın elmi redaktoru, ön və yekun sözlərin müəllifi akademik Kamal Abdulladır”.

Azərbaycanın Millətlərarası, multukulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla bildirib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabıdır. Bu seriyanın növbəti II və III nəşrləri də paralel olaraq hazırlanır: "Bunlar “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” olacaq. Yeni hazırlanan kitabların hər biri ingilis və rus dillərinə də tərcümə edilir. Gələcəkdə onların İtalyan və alman dillərinə də tərcümə edilməsi nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR