Azay Quliyev ATƏT PA-nı Ermənistanın Azərbaycana təcavüzünə münasibət bildirməyə çağırıb

Azay Quliyev ATƏT PA-nı Ermənistanın Azərbaycana təcavüzünə münasibət bildirməyə çağırıb
# 11 aprel 2016 16:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. ATƏT PA-nın bu gün keçirilən Büro iclasında Siyasi məsələlər və təhlükəsizlik komitəsinin “Parlament əməkdaşlığının 25 illiyi: Dialoq vasitəsilə etimad yaratmaq” adlı qətnamə layihəsi müzakirə olunub.

APA-nın məlumatına görə, müzakirələrdə çıxış edən komitənin sədri müavini və Büro üzvü Azay Quliyev çıxış edərək ATƏT PA-nı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aydın və prinsipial mövqe bildirmədiyi və bu istiqamətdə ayrıca bir sənəd qəbul etmədiyi üçün tənqid edib.

A. Quliyev bildirib ki, ATƏT PA Ukrayna, Moldova və Gürcüstanda mövcud münaqişələrlə bağlı ayrıca qətnamə qəbul etdiyi və həmin ölkələrin ərazi bütövlüyünü birmənalı dəstəklədiyi halda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fərqli mövqe sərgiləyir: “Bütün beynəlxalq təşkilatlar, xüsusilə BMT Baş Assembleyası, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assamblyeası qəbul etdiyi qətnamələrdə, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsi Ceymis Uorlikin verdiyi bəyanatlarda Ermənistana çağırış edilir və Azərbaycanın işğal etdiyi ərazilərdən çıxması tələb olunur. Baxmayaraq ki, münaqişə ilə bağlı mandat yalnız ATƏT-ə verilib, lakin bu qurumun Parlament Assemblyeası heç vaxt açıq və birmənalı mövqe bildirməyib. Buna son qoymaq lazımdır. Qoşunların təmas xəttində baş verən son hadisələr bir daha göstərdi ki, beynəlxalq qurumlar, xüsusilə ATƏT qısa zamanda təsirli tədbirlər görməsə, işğalın nəticələri aradan qalxmasa, aprelin 2-də baş verən hadisələrin daha böyük həcmdə və daha çox insan itkisi ilə təkrarlanmayacağına və munaqişənin yenidən alovlanmayacağına heç kim zəmanət verə bilməz. Atəşkəsi daim etmək üçün məsələni birdəfəlik həll etmək lazımdır. Ona görə, təklif edirəm ki, hələlik ayrıca sənəd qəbul edilənə kimi, müzakirəyə təqdim edilən hazırkı qətnamə layihəsinə iki ayrı maddə əlavə olunsun:

1) ATƏT PA BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb edildiyi kimi, Ermənistanı öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmağa çağırır.

2) ATƏT PA Ermənistandan işğal etdiyi ərazilərdə qanunsuz iqtisadi və maliyyə fəaliyyətini, Ermənistan və digər ölkələrdən köçürülən ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını, işğal olunmuş ərazilərdəki maddi və tarixi abidələrin özgəninkiləşdirilməsi və xarakterinin dəyişdirilməsi, işğal etdiyi ərazilərdə demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsini pisləyir və bu qanunsuz əməlləri dayandırmağa çağırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR