Pakistanda partlayış nəticəsində 9 nəfər ölüb, 40 nəfər yaralanıb

Pakistanda partlayış nəticəsində 9 nəfər ölüb, 40 nəfər yaralanıb
# 06 fevral 2016 20:12 (UTC +04:00)

Bakı-APA. Pakistanın qərbindəki Belucistan əyalətinin Kvette şəhərində törədilən partlayış nəticəsində azı 9 nəfər ölüb, 40 nəfər yaralanıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Məlumata görə, partlayış hərbi konvoyun dairə məhkəməsinin qarşısından keçdiyi an törədilib. Partlayış nəticəsində iki hərbçi və 7 mülki şəxs ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR