Gəmiricilər Ağcabədi və Ağdamda əkin sahələrinə ciddi ziyan vurub

Gəmiricilər Ağcabədi və Ağdamda əkin sahələrinə ciddi ziyan vurub
# 11 fevral 2016 15:43 (UTC +04:00)

Ağdam-Ağcabədi. Ziya Əmirxanlı - APA. Ağdam və Ağcabədi rayonlarının əkin sahələrində gəmiricilər növünə aid olan boz siçovullar ciddi təhlükəyə çevrilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam və Ağcabədi rayonlarının bütün yaşayış məskənləri yaxınlığında yerləşən taxıl və yonca sahələrində siçovullar sürətlə çoxalır. Gəmiricilər rayonların cəbhə xətti istiqamətində daha çox yayılıb.

Ağdam rayon sakini Natiq Gərayov APA-ya açıqlamasında bildirib ki, Qaradağlı kəndi ərazisində becərdiyi yonca və taxıl sahəsinin xeyli hissəsi yararsız hala düşüb.

Məlumata görə, Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları payız aylarında yonca və taxıl sahələrində dərmanlama işləri aparıb. Mərkəzin əməkdaşları tərəfindən gəmiricilərə qarşı mübarizə tədbirləri yerli bələdiyyə nümayəndələri ilə birlikdə aparılıb. Lakin havaların şaxtasız keçməsi siçanların yenidən çoxalıb artmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR