Türkiyədə PKK hücumu nəticəsində 1 polis şəhid olub, 5-i yaralanıb

Türkiyədə PKK hücumu nəticəsində 1 polis şəhid olub, 5-i yaralanıb
# 01 yanvar 2016 08:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda PKK terror təşkilatının təhlükəsizlik qüvvələrinə etdiyi silahlı hücum zamanı 1 polis şəhid olub, 5-i yaralanıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Türkiyə polisinin təhlükəsizlik məqsədi ilə həyata keçirdiyi əməliyyat zamanı baş verib.

Yaralanan polis əməkdaşları Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə gələn Türkiyə səhiyyə nazirinin müşaviri Eyyub Gümüş bildirib ki, yaralanan polislərdən dördü müalicə üçün Ankaraya aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR