Ötən il bəzi çimərliklərdə mikrobioloji çirklənmə aşkarlanıb

Ötən il bəzi çimərliklərdə mikrobioloji çirklənmə aşkarlanıb
# 05 fevral 2016 11:37 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Mövsümlə əlaqədar olaraq bu il də Abşeron yarımadasının sahil zolağı boyu çimərlik ərazilərində Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə monitorinqlər keçirilib”. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Məlumatda bildirilib ki, çimərlik ərazilərinin müxtəlif sahələrindən su nümunələri götürülərək onlar üzərində laborator müayinələr aparılıb: “Aparılmış laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılan sahələrdə mikrobioloji baxımdan dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində müəyyənləşdirilib”.

Məlumatda qeyd olunub ki, çimərlik ərazilərində keçirilən birgə monitorinqlərə əsasən Sumqayıt, Sahil və Şıx çimərliklərinin mikrobioloji baxımdan çirkli olması müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR