ABŞ-ın əmək bazarı ilə bağlı statistika açıqlanandan sonra dollar sürətlə bahalaşır

ABŞ-ın əmək bazarı ilə bağlı statistika açıqlanandan sonra dollar sürətlə bahalaşır
# 08 iyul 2016 15:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İyun ayında ABŞ-da qeyri-aqrar sahədə 287 min yeni iş yeri açılıb.

"APA-Economics" ABŞ-ın Əmək Departamentinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bundan öncə ekspertlər iyunda 180 min yeni iş yerinin açılmasını proqnozlaşdırıb.

Bu rəqəm açıqlanandan sonra dollar sürətlə bahalaşmağa başlayıb - dolların indeksi 96,12-dən 96,52-dək yüksəlib. EUR/USD məzənnəsi 1,1075 səviyyəsindən 1,1035-dək geriləyib.

Qeyd edək ki, mayda qeyri-aqrar sahədə cəmi 38 min yeni iş yeri açılmışdı ki, bu da 2010-cu ilin sonundan etibarən ən zəif göstərici olub. Bu, Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılmasının təxirə salınmasına dəstək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR