"Azər-Türk Bank" "Baku Interior Awards" müsabiqəsində iştirak edəcək

"Azər-Türk Bank" "Baku Interior Awards" müsabiqəsində iştirak edəcək
# 24 noyabr 2015 10:36 (UTC +04:00)

Bank. Yeganə Laçınzadə - APA-Econoics. "Azər Türk Bank" noyabrın 27-də keçiriləcək “Baku Interior Awards: Azərbaycanın ən yaxşı ofisləri” memarlıq müsabiqəsində iştirak edəcək.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Boulevard Hotel Baku”-da təşkil olunacaq təntənəli mərasimdə bankın Bakı şəhəri, Bülbül prospekti 44 ünvanında yerləşən “Mərkəz” filialının ofisinin daxili dizaynı müasir memarlıq nümunəsi kimi nümayiş olunacaq.

Dizaynın aktual problemlərinə və müasir biznes sahələrinin idarə edilməsinə həsr olunmuş tədbirin sərgi hissəsində ofislər üçün aparıcı istehsalçılardan və təchizatçılardan qabaqcıl həllər, həmçinin Azərbaycanın müasir arxitekturası və biznes üçün interyer nümunələri sərgilənəcək. Konfrans-sərgi Azərbaycan Arxitektorlar İttifaqı, "Global Interiors Group", "Workplace interiors", "Milliken", "Interface" kimi şirkətlərin və Azərbaycan Yaşıl Tikinti Şurasının dəstəyi ilə keçiriləcək. Tədbirdə “Azər-Türk Bank”la yanaşı, “Yarat”, “Azerkosmos”, “Azerbaijan Supermarkets”, Baku White City, EY, KPMG, Dreamland, Blue Planet, Global Interiors Group, IDEA, Leo Burnett, eləcə də Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar da iştirak edəcək.

Layihələr “Brend və imic”, “Komfort ve erqonomika”, “Kreativ məkan”, “Dizayn-ideya”, “Biznes xüsusiyyətlər” və “Səmərəli kommunikasiya” olmaqla altı nominasiya üzrə qiymətləndiriləcək. Qaliblər memarlıq, dizayn və biznes sahələri üzrə beynəlxalq səviyyəli peşəkar münsiflər heyətinin səsverməsi əsasında müəyyənləşəcək.

Tədbirin sonunda Azərbaycanda ən yaxşı korporativ interyer mükafatına - “Baku Interior Awards”a layiq görülmüş layihə müəlliflərinin və sifarişçilərinin təltifetmə mərasimi keçiriləcək.

Sərgidə həmçinin ziyarətçilər “Design Dialogue” ilə Azərbaycan Memarlıq İttifaqının son illərdə birgə həyata keçirdiyi 100-ə yaxın ən parlaq memarlıq nümunələri ilə də tanış ola biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR