Gürcüstan prezidenti Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib

Gürcüstan prezidenti Qurban bayramı münasibətilə müsəlmanları təbrik edib
# 13 sentyabr 2016 00:30 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təbrik məktubu ölkə prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib.

“Qurban bayramı münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Qurban bayramı - sülh, həmrəylik, ümid və xeyrin şərə qalib gəlməsi deməkdir”, prezident vurğulayıb.

Ölkəsindəki müsəlman ailələrin bayram sevincini paylaşdığını deyən prezident bütün müsəlmanlara uğur və xoşbəxtlik arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR