Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 İyul
# 21 iyul 2016 18:20 (UTC +04:00)

ABS NEFT

Çərşənbə günü neft qiymətləri uzunmüddətli ucuzlaşmaya fasilə verərək, yenidən artmağa başlayıb. Qiymətlərdəki artımı şərtləndirən faktorlardan biri ABŞ-ın neft hasilatı və malik olduğu ehtiyatlar barəsindəki məlumatları ictimaiyyətə açıqlaması oldu.

Açıqlanan statistika qiymətlərlə spekulyasiya edilməsi üçün bir qədər qarışıq olsa belə, işbazlar üçün son vaxtlar statistik açıqlamalar bəzi göstəricilər haqqında əldə etdikləri informasiyalardan daha vacibdir.

Beləliklə, Səudiyyə Ərəbistanından sonra ABŞ-ın neft ehtiyatları da azalıb və bu mənfi tendensiya artıq doqquzuncu həftədir davam edir. Amma neft və benzin ehtiyatları son zamanlar əhəmiyyətli dərəcədə artım nümayiş etdirib. Ümumilikdə isə yanacaq ehtiyatlarındakı artım hər kəsin təəccübünə səbəb olub. Belə ki, adətən yay mövsümündə Birləşmiş Ştatlarda avtomobil yanacağından istifadə artır ki, bu da benzin ehtiyatının azalmasına səbəb olur. Lakin bir həftə ərzində bu ehtiyatlar 0,9 milyon barel artmaqla 241 milyon barelə çatıb.

Əlbəttə ki, diqqətcil treyderlər hasilat dinamikasını diqqətlə izləyib və müşahidələr artıq uzun zamandır qazma qurğularının artdığını göstərir ki, bu da hasilat həcminin daha da artacağına işarədir. Bu isə onu deməyə əsas verir ki, hazırda neftin qiymətində müşahidə olunan bahalaşma çox çəkməyəcək...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR