Qarabağ əlilləri Rafael Cəbrayılova dəstək olublar - FOTOSESSİYA

Qarabağ əlilləri Rafael Cəbrayılova dəstək olublar - <span style="color: red;">FOTOSESSİYA
# 26 oktyabr 2015 11:19 (UTC +04:00)

Bakı-APA. 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılovun növbəti görüşü Qarabağ əlilləri ilə keçirilib.

Namizədin seçki qərargahından APA-ya qərargahda keçirilən görüşdə Rafael Cəbrayılov vətən uğrunda canını sipər edən vətən oğulları ilə görüşməkdən məmnun olduğunu bildirib. Hər zaman dövlətin diqqət mərkəzində olan bu insanların qayğı və problemlərinin həlli istiqamətində fəaliyyət istiqamətinin prinsiplərindən çıxış edən namizəd 1 noyabr - seçki günü hər kəsi aktiv olaraq seçkidə iştirak etməyə dəvət edib.

Qazilər Birliyinin sədri Seymur Bədəlov Qarabağ əlillərinin Rafael Cəbrayılova dəstək olduqlarını bildirib. Rafael Cəbrayılova uğurlar arzulayan Qarabağ əlilləri bəzi məsələlərin həlli istiqamətində müzakirələr aparıblar. Çıxış edən digər Qarabağ əlilləri də Rafael Cəbrayılovun müsbət xarakterizə olunan fəaliyyətindən danışaraq, 1 noyabr tarixində ona səs verəcəklərini deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR