Türkiyədə 12 il əvvəl qətl törədib Azərbaycana qaçan şəxs yenidən məhkəməyə müraciət edib

Türkiyədə 12 il əvvəl qətl törədib Azərbaycana qaçan şəxs yenidən məhkəməyə müraciət edib
# 11 iyun 2016 09:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 12 il əvvəl Türkiyədə cinayət törədib Azərbaycanda həbs edilən Mehmet Halil oğlu Sünmez barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində iyunun 17-də baxılacaq. O, barəsində olan qərarın ləğvini istəyir.

Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində onun Türkiyəyə ekstradisiya olunması barədə məsələyə baxılıb. Məhkəmə M.Sünmezin Türkiyə Respublikasına verilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, hadisə 2004-cü il noyabrın 24-də baş verib. Türkiyənin Turgutlu - Manisa avtomobil yolunun 5-ci km-də, su kanalının kənarında şəxsiyyəti məlum olmayan meyit tapılıb. Meyit tamamilə çürüməyə məruz qalıb. Aparılan təhqiqat nəticəsində mərhumun şəxsiyyətinin Meltem Putak olduğu və İzmir 9 Eylul Universiteti Ekonometrika fakültəsində təhsil aldığı müəyyənləşib. Hadisədən sonra M.Putakın tanışı, 1974-cü il təvəllüdlü Yılmaz Akbaba bu cinayətin törədilməsində şübhəli şəxs qisimində göstərilib və onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Lakin onun həbsi mümkün olmayıb. 2015-ci ildə həmin qərar yenilənib və Y.Akbaba beynəlxalq axtarışa verilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisində Y.Akbabanın 1978-ci il təvəllüdlü Mehmet Halil oğlu Sünmez adı ilə yaşadığı müəyyən edilib və o, 2016-cı il martın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları tərəfindən tutulub. Səbail Rayon Məhkəməsi onun barəsində iki ay müddətinə həbs qəti imkan tədbiri seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR