Ermənistan mətbuatı: Azərbaycan Silahlı Qüvvələri Seysulan və Talış yaşayış məntəqələrinə nəzarəti ələ keçirib

Ermənistan mətbuatı: Azərbaycan Silahlı Qüvvələri Seysulan və Talış yaşayış məntəqələrinə nəzarəti ələ keçirib
# 02 aprel 2016 14:33 (UTC +04:00)

Bakı - APA. "Azərbaycan Silahlı Qüvvələri erməni silahlı bölmələrinin mövqelərinə aramsız zərbələr endirir". APA-nın xəbərinə görə, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.

Erməni KİV-in məlumatına görə, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan erməni əhali təşviş içindədir: "Ermənistan tərəfindən 100 nəfərdən çox ölü və yaralı var. İnsanlar kütləvi şəkildə evlərini tərk etməyə başlayıb. İnsanların bəziləri zirzəmilərdə gizlənir. Davam edən şiddətli atışma zamanı Ermənistanın 6 tankı məhv edilib, 12-15 artilleriya sistemi sıradan çıxarılıb".

Erməni mətbuatında yayılan digər bir xəbərə görə isə Azərbaycan Silahlı Qüvvələri Seysulan və Talış yaşayış məntəqələri və eləcə də Talış kəndinin ətrafındakı yüksəkliklərə nəzarəti ələ keçirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR