Maykl Blumberq ABŞ-dakı prezident seçkilərində iştirak edə bilər

Maykl Blumberq ABŞ-dakı prezident seçkilərində iştirak edə bilər
# 08 fevral 2016 22:55 (UTC +04:00)

Bakı-APA. Nyu-Yorkun sabiq meri, milyardçı Maykl Blumberq ABŞ-da prezident seçkilərində iştirak edəcəyini istisna etməyib.

APA-nın xəbərinə görə, bu barədə “Financial Times” qəzeti yazıb.

Belə ki, M.Blumberq hazırda bütün variantları nəzərdən keçirdiyini vurğulayıb. Bu, sabiq merin prezident seçkilərində iştirakına dair ilk bəyanatıdır.

“Mən namizədlərin bəyanatlarını, ştatlarda ilkin səsvermələrin nəticələrini diqqətlə izləyirəm”, deyə M.Blumberq bildirib.

Qeyd olunur ki, Maykl Blumberqin iştirakı seçkiqabağı kampaniyaya əhəmiyyətli dərəcədə təsir edə bilər.

“New York Times” qəzetinin qənaətinə görə, M.Blumberq prezidentlik uğrunda kampaniyaya 1 milyard dollar xərcləyə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR