Salyan sakinindən xeyli miqdarda narkotik götürülüb

Salyan sakinindən xeyli miqdarda narkotik götürülüb
# 23 noyabr 2015 08:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Salyan sakinindən xeyli miqdarda narkotik vasitə aşkar edilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Cinayət Axtarış Şöbəsinin və 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Salyan rayon sakini 1992-ci il təvəllüdlü Bəxtiyar Mahmudovdan 1 kiloqramdan artıq marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR