İsveçrə Sərhəd Mühafizə Korpusunun rəisi Azərbaycana gəlib

İsveçrə Sərhəd Mühafizə Korpusunun rəisi Azərbaycana gəlib
# 14 iyun 2016 13:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İsveçrə Konfederasiyası Sərhəd Mühafizə Korpusunun (SMK) rəisi, briqada generalı Yürq Notun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, DSX və İsveçrə Sərhəd Mühafizəsinin nümayəndə heyətləri arasında keçirilmiş görüş zamanı ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması, dövlət sərhəd buraxılış məntəqələrinin fəaliyyəti, dağ təlim kurslarının təşkili, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib, hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Azərbaycanın dövlət sərhədin­dəki əməliyyat şəraiti və möv­cud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunması və mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhlükə olduğunu bildirib.

Görüşdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat verilib.

Səfər müddətində nümayəndə heyəti Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanış ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR