Daşkəsəndə avtomobil aşıb, sürücü ölüb

Daşkəsəndə avtomobil aşıb, sürücü ölüb
# 04 dekabr 2015 10:02 (UTC +04:00)

Daşkəsən Azər Məmmədli – APA. Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çovdar kəndi ərazisində Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü Cavid Zirəddin oğlu Zeynalov idarə etdiyi “Niva” markalı avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ölüb, sərnişin - Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü Ədalət Nəbi oğlu Qurbanov isə müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.


Hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR